İran ilə ABŞ arasında sülh prosesinə nüvə ölkələri nəzarət edə bilər
İran və ABŞ arasında mümkün razılaşmada tərəflərin öhdəliklərinin zəmanəti BMT Təhlükəsizlik Şurasının qətnaməsidir.
"Report" ISNA-ya istinadən xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Mahmud Nəbəvian bildirib.
Onun fikrincə, Təhlükəsizlik Şurasının qətnaməsindən əlavə, razılaşma layihəsinə İran tərəfindən digər zəmanətlər də daxil edilib: "İran və ABŞ arasında hər hansı bir anlaşma razılaşdırılıdıqdan sonra Vaşinqton etibar yaradan tədbirlər görmədikcə, Tehran heç bir addım atmayacaq. Razılaşma layihəsində memorandumun icrasına nəzarət komissiyası nəzərdə tutulub və İranın təklifi ilə bu komissiyaya Çin, Rusiya və Pakistan daxil ediləcək".
Həmçinin qeyd olunub ki, Hörmüz boğazı İranın qarşı tərəfin öhdəliklərinin yerinə yetirilməsi üçün ən mühüm zəmanətidir və bu su yolu üzərində nəzarət Tehranda qalacaq. Razılaşmanın pozulması halında İran Hörmüz boğazında hərəkətin idarə edilməsini yenidən nəzərdən keçirəcək.
Əvvəlki müsahibəsində Nəbəvian ABŞ ilə İran arasında Pakistanın paytaxtı İslamabadda baş tutan danışıqlarda Birləşmiş Ştatların vitse-prezidenti Cey Di Vensin irəli sürdüyü iki əsas tələbi qabardıb.
Qeyd edək ki, Hörmüz boğazına nəzarət ABŞ ilə İran arasında anlaşma memorandumunun razılaşdırılmayan bəndlərindən biridir. Tərəflər bu məsələdə ortaq məxrəcə gələ bilsə, İslam Respublikasının zənginləşdirilmiş uranı ölkədən çıxarması əsas müzakirə mövzusu olacaq. İranın dondurulmuş səhmlərinin sərbəst buraxılması və ölkəyə qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması isə həllə ən yaxın məsələlərdir.
Oxşar xəbərlər
İran öz nüvə silahını sınaqdan keçirdi - Medvedyev
İran Hörmüz boğazını bağlamağı düşünür
İran BMT ölkələrinə Hörmüz boğazı ilə bağlı çağırış edib
İran Hörmüz boğazında yeni nəzarət sərhədlərini müəyyənləşdirib
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
PSJ UEFA Çempionlar Liqasının qalibi olub
-
Bu ailələrə aylıq sosial ödəniş edilir -Rəsmi AÇIQLAMA
-
Braziliyada Ebola virusuna şübhəli yoluxma halı araşdırılır
-
Florida Məhkəməsi Trampın ABŞ-nin Vergi Xidmətinə qarşı işi bərpa edib
-
Türkiyədə rekord buğda məhsulu proqnozlaşdırılır
-
Naxçıvanda çayda köməksiz qalan şəxs xilas edilib
