Yaponiya silahlanma ittihamlarını rədd edib, bu məsələdə Çini günahlandırıb
Şinciro Koizumi Yaponiyanın “yeni militarizm” (silahlanma) siyasəti yürütməsi ilə bağlı ittihamları rədd edib və Çini hərbi gücünü sürətlə, kifayət qədər şəffaflıq olmadan artırmaqda tənqid edib.
Reuters-in məlumatına görə, Yaponiya müdafiə naziri bu fikirləri Sinqapurda keçirilən “Şanqri-La Dialoqu” təhlükəsizlik forumunda səsləndirib. Onun sözlərinə görə, Çin yüksək səviyyədə müdafiə xərclərini artırmağa davam edir.
“Çinin xarici siyasət yanaşması və hərbi fəaliyyəti həm Yaponiya, həm də beynəlxalq ictimaiyyət üçün ciddi narahatlıq doğurur”, - deyə Koizumi bildirib.
O, Yaponiyanın “yeni militarizm”ə qayıtması ilə bağlı ittihamlara cavab olaraq bildirib ki, bunlar məntiqsizdir.
“Bir düşünün. Nəhəng nüvə arsenalına və strateji bombardmançı təyyarələrə malik bir ölkə var. Yaponiyada isə belə silahlar yoxdur, amma buna baxmayaraq Yaponiya ittiham edilir”, - deyə nazir vurğulayıb.
Oxşar xəbərlər
Yaponiya 2026-cı ildə müdafiəyə rekord həcmdə vəsait ayıracaq
Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaq niyyətindədir
ABŞ-ın müharibə naziri: Çin ölkəmizin təhlükəsizliyini təhdid edə bilməməlidir
Yaponiya rəsmisi: Təbii fəlakətlərə davamlı şəhərlərin qurulması əsas prioritetdir
Kreml: Yaponiya ölkəmizə qarşı açıq-aşkar qeyri-dost mövqe tutur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
PSJ UEFA Çempionlar Liqasının qalibi olub
-
Bu ailələrə aylıq sosial ödəniş edilir -Rəsmi AÇIQLAMA
-
Braziliyada Ebola virusuna şübhəli yoluxma halı araşdırılır
-
Florida Məhkəməsi Trampın ABŞ-nin Vergi Xidmətinə qarşı işi bərpa edib
-
Türkiyədə rekord buğda məhsulu proqnozlaşdırılır
-
Naxçıvanda çayda köməksiz qalan şəxs xilas edilib
