Yevlaxda mikroavtobus aşıb, 22 nəfər xəsarət alıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Yevlaxda mikroavtobus aşıb, 22 nəfər xəsarət alıb - YENİLƏNİB


Yevlax rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 10.05.2026-cı il tarixində saat 07:20 radələrindən başlayaraq 22 nəfər (9 kişi, 13 qadın) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Sizinxeber.az-ya TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilən 1 nəfər daha ixtisaslı tibbi xidmət almaq üçün özəl tibb müəssisəsinə təxliyə olunub.

Hazırda 21 nəfərin tibb müəssisəsinin müvafiq şöbələrində müalicələri davam etdirilir. 1 nəfərin vəziyyəti ağır, 1 nəfərin vəziyyəti orta ağır, digərlərinin vəziyyəti isə stabil qiymətləndirilir.

***

saat 08.24

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sizinxeber.az-nın yerli müxbirinin əldə etdiyi məlumata görə, “Mercedes Sprinter” markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb. Hadisə rayon ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, qəza nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb. Yaralılar Yevlax və Mingəçevir şəhərlərində yerləşən tibb müəssisələrinə çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Yevlaxda qəzada xəsarət alan 6 nəfərin vəziyyəti açıqlanıb
Yevlaxda avtomobil aşıb, 4 nəfər xəsarət alıb - FOTO
Qubada mikroavtobusla avtomobil toqquşub, 1 nəfər ölüb, xəsarət alan 14 nəfərdən 8-nin vəziyyəti ağırdır - YENİLƏNİB 2
Yevlaxda ağır qəzaya düşən bir ailənin 8 üzvünün vəziyyəti açıqlanıb - YENİLƏNİB-1
Yevlaxda ağır qəzaya düşən 8 nəfər ailə üzvünün vəziyyəti məlum olub - YENİLƏNİB-1

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər