AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət edib
sizinxeber.az xəbər saytı

AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət edib


31 may – Beynəlxalq Təyyarə Bələdçiləri Günü münasibətilə Azərbaycan Hava Yollarının (AZAL) təyyarə bələdçilərindən ibarət heyəti Hökumə Əliyevanın ailə üzvləri ilə birlikdə Milli Qəhrəmanın İkinci Fəxri xiyabandakı məzarını ziyarət edib.

Bu barədə "Sizinxeber.az"a Azərbaycan Hava Yollarından (AZAL) məlumat verilib.

Ziyarətçilər Hökumə Əliyevanın əziz xatirəsini dərin ehtiramla yad edərək, məzarı üzərinə gül dəstələri düzüblər və onun şücaətli həyat yolunu böyük hörmətlə anıblar.

AZAL heyəti Milli Qəhrəman pilotlar İqor Kşnyakin və Aleksandr Kalyaninovun da əziz xatirəsini ehtiramla yad edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2024-cü il 29 dekabr tarixli Sərəncamı ilə Əliyeva Hökumə Cəlil qızı "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi Bakı–Qroznı reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq və fədakarlıq göstərdiyinə görə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.

Oxşar xəbərlər

AZAL rəhbərliyi və kollektivi Hökumə Əliyevanın məzarını ziyarət edib
AZAL rəhbərliyi Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət edib
Milli Qəhrəman Hökumə Əliyevanın doğum günü qeyd olunur
Hökumə Əliyevanın doğum günü ilə əlaqədar Bakı aeroportunda bir dəqiqəlik sükut elan olunub
Hökümə Əliyevanın vəfatına görə verilmiş pul oğurlandı - 80 minlik cinayət

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər