Çinlə Serbiya süni intellekt və energetika sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir
sizinxeber.az xəbər saytı

Çinlə Serbiya süni intellekt və energetika sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir


Yeni enerji mənbələri və süni intellekt texnologiyaları Çin və Serbiya arasında əməkdaşlığın prioritet sahələri olacaq.

"Report"un məlumatına görə, Çinin xarici işlər naziri Van İ bu barədə Nyu-Yorkda Serbiya xarici işlər naziri Marko Curiç ilə görüşdən sonra bildirib.

Çinli diplomatın sözlərinə görə, tərəflər bütün səviyyələrdə əməkdaşlığı gücləndirmək, Macarıstan-Serbiya dəmir yolunun tikintisini irəli aparmaq, süni intellekt və yeni enerji mənbələri sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədirlər.

Van İ həmçinin Pekinin Serbiyanın suverenliyini və ərazi bütövlüyünü qorumaqda dəstəklədiyini və Belqradın "Vahid Çin" prinsipinə sadiqliyini yüksək qiymətləndirdiyini vurğulayıb.

Curiç öz növbəsində Çinə göstərdiyi dəstəyə görə təşəkkür edib, Serbiyanın Pekinlə dostluq münasibətlərini möhkəmləndirməyə və ikitərəfli, çoxtərəfli formatlarda əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bir daha təsdiqləyib.

Oxşar xəbərlər

Marko Curiç: Serbiya Avropa İttifaqına üzvlüyə sadiqdir
Vuçiç: İqtisadi əməkdaşlıq Serbiya və ABŞ münasibətlərinin əsası olmalıdır
Serbiya Ukraynanın bərpasına kömək etməyə hazır olduğunu bildirib
Marko Curiç: Serbiya Avropada mövcud problemlərin həllinin bir hissəsidir
Serbiya ABŞ-nin Avropada statusunu möhkəmləndirmək istəyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər