Şəmkirdə 36 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB
Şəmkirdə söyüş üstdə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Sizinxeber.az"un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1971-ci il təvəllüdlü Arif Hacıyev saxlanılaraq istintaqa təhvil verilib.
"Faktla bağlı araşdırmalar davam etdirilir"-deyə DİN rəsmisi bildirib.
Qeyd edək ki, Şəmkir rayon Şiştəpə kənd sakini, 1988-ci il təvəllüdlü Elnur İsmayılov mübahisə zəminində bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib. Hadisənin içkili vəziyyətdə, söyüşlə edilən zarafat üstə törədildiyi bildirilir.
Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.
“Sizinxeber.az”un Qərb bürosunun məlumatına görə, hadisə Şiştəpə kəndində qeydə alınıb.
Şəmkir rayon sakini, 1988-ci il təvəllüdlü Elnur smayılov mübahisə zəminində bıçaq xəsarəti alıb.
O, xəstəxanaya çatdırılıb, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Şəmkirdə 36 yaşlı kişi bıçaqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
"Fars": Qrossi İran-ABŞ danışıqlarında iştirak etmir
