Qusar rayonunda əri tərəfindən döyülən qadın xəsarət alıb
sizinxeber.az xəbər saytı

Qusar rayonunda əri tərəfindən döyülən qadın xəsarət alıb


Qusar rayonunda fəaliyyət göstərən “Qala” hotelində həyat yoldaşı tərəfindən döyülən 39 yaşlı qadın xəsarət alıb.

“Sizinxeber.az” xəbər verir ki, bir neçə gün öncə Qusar rayonunda yerləşən “Qala” hotelinə istirahətə gedən 1985-ci il təvəllüdlü Ş.B. əri tərəfindən döyülüb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona baş və bədənin çoxsaylı hematoması diaqnozu qoyulub. İlkin ehtimala görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Qeyd edək ki, hadisəni “Sizinxeber.az”a Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qurumunun baş inspektoru polis baş leytenantı Xəyal Talıbov təsdiqləyib. Qurumdan bildirilib ki, bu barədə Qusar RPŞ-yə məlumat daxil olub və hazırda RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılır.

Oxşar xəbərlər

Bakıda 16 yaşlı gənc yol qəzasında xəsarət alıb
Bakıda 28 yaşlı gənc yol qəzası zamanı xəsarət alıb
Xəzər rayonunda 29 yaşlı qadını avtomobil vurub
Bakıda 32 yaşlı qadın yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle