Almaniya və Monteneqro Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə hədəflənib
sizinxeber.az xəbər saytı

Almaniya və Monteneqro Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə hədəflənib


Almaniya və Monteneqronun xarici işlər nazirlikləri (XİN) Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə sadiq olduqlarını təsdiq ediblər.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə həmin ölkələrin XİN-ləri "X" sosial şəbəkəsində məlumat yayıb.

"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə - Azərbaycan xalqını səmimi təbrik edirəm! Almaniya Azərbaycanla konstruktiv tərəfdaşlığı yüksək qiymətləndirir və ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə, eləcə də regional sülh və firavanlığın təmin edilməsi üzərində işləməyə sadiq qalır", - Almaniya XİN-in Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya departamentinin direktoru Niklas Vaqner yazıb.

Monteneqronun Xarici İşlər Nazirliyi təbrikində Azərbaycana daha böyük uğurlar və firavanlıq arzulayıb.

"Müstəqillik Günü münasibətilə Monteneqronun Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının hökumətinə və xalqına ən səmimi təbriklərini bildirir. Biz Azərbaycana daha böyük uğurlar və firavanlıq arzulayır, həmçinin ölkələrimiz arasında həm ikitərəfli səviyyədə, həm də beynəlxalq formatlar çərçivəsində möhkəm tərəfdaşlığın daha da gücləndirilməsinə sadiqliyimizi təsdiq edirik", - məlumatda bildirilib.

Oxşar xəbərlər

Monteneqro, Serbiya və İtaliyanın diplomatik missiyaları Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib
Pakistan, Albaniya, Litva və GUAM Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib
Ermənistan və Almaniya XİN-ləri Azərbaycanla sülh müqaviləsi prosesini müzakirə ediblər
İsveç, Macarıstan, Xorvatiya, Mərakeş və Moldova səfirlikləri Azərbaycanı təbrik edib
Rumıniya XİN rəhbəri: Buxarest Bakı ilə möhkəm strateji tərəfdaşlığı təsdiqləyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər