Ermənistan hərbçilərinin Xocalıya hücumu zamanı girov götürülmüş şəxs: Bıçağı uşaqlarımın boğazına söykəməklə mənə iztirab verirdilər
Avqustun 11-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində zərərçəkmiş şəxs Aybəniz Orucova ifadə verərək, 1992-ci ildə Xocalı soyqırımından iki gün sonra əkiz oğlanları da daxil olmaqla bütün ailə üzvləri ilə birlikdə girov götürüldüyünü deyib.
APA xəbər verir ki, Aybəniz Orucova Xocalıya hücum zamanı meşəyə qaçdıqlarını, iki gün orada qaldıqdan sonra girov götürüldüklərini söyləyib. Qardaşı da daxil olmaqla doğmaları qətlə yetirilib.
Dövlət ittihamçısının suallarını cavablandıran zərərçəkmiş şəxs 7 gün Xankəndidə saxlanıldığını deyib. Martın 20-də özü, əkiz oğlanları isə martın 30-da girovluqdan azad edilib. “Girovluqda çox işgəncələr görmüşəm. Bıçağı götürüb əkiz uşaqlarımın boğazına söykəyib hədələdilər ki, başlarını kəsirik. Mənə bu cür iztirab verirdilər”, - deyə zərərçəkmiş şəxs bildirib.
Zərərçəkmiş şəxs Hafizə Səfərova ifadəsində 1991-ci il dekabrın 7-də yaşadığı Füzuli rayonunun Divanalılar kəndinə hücum zamanı özünün və doğmalarının girov götürüldüyünü söyləyib. O deyib ki, girovluq zamanı soyuq yerdə saxlanılıb, özü və digər girovlar pis rəftara məruz qalıb. Girovluqda saxlanılan zaman atası Kərim Səfərov işgəncələr verilməklə qətlə yetirilib. Yeddi gün sonra benzin və dizel yanacağı müqabilində girovluqdan azad olunub.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.


width="220" alt="Ermənistan silahlı qüvvələrinin Xocalıda girov götürdüyü şəxs: Bıçağı uşaqlarımın boğazına söykəməklə mənə iztirab verirdilər" />
width="220" alt="Məhkəmədə zərərçəkmiş şəxs Madat Babayanı tanıyıb: O, “sən türksən” deyib məni təpiklədi" />
width="220" alt="Xocalıda körpə övladları ilə girov götürülmüş qadın: Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı" />
width="220" alt="Xocalıdan məcburi köçkün düşmüş qadın: İki gün meşədə qalandan sonra Ağdama gedə bildik" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />