Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Rusiya komandalarının toplanışı başa çatıb
sizinxeber.az xəbər saytı

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Rusiya komandalarının toplanışı başa çatıb


Qazaxıstanın Akmola vilayətinin Şuçinsk şəhərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Rusiyanın komandalarının iştirakı ilə keçirilən XII Beynəlxalq "Aybın-2026" gənclərin hərbi vətənpərvərlik toplanışı başa çatıb.

Bu barədə "Sizinxeber.az"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirin bağlanış və mükafatlandırma mərasimində Qazaxıstan Müdafiə Nazirliyinin, yerli icra orqanlarının və veteran təşkilatlarının nümayəndələri iştirak ediblər:

"Gənc vətənpərvərlərin güc, dözümlülük, komanda birliyi və hərbi-tətbiqi təlim üzrə yarışlarında Azərbaycan komandası yüksək hazırlıq səviyyəsi, məharət və əzmkarlıq nümayiş etdirərək müxtəlif mərhələlərdə uğurlu nəticələr əldə edib".

Qeyd edək ki, toplanışda Azərbaycanı Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski və Heydər Əliyev adına Hərbi liseylərin kursantlarından ibarət komanda təmsil edib.

Oxşar xəbərlər

Azərbaycan və Qazaxıstan arasında hərbi təhsil sahəsində islahatlar müzakirə edilib
Azərbaycan millisinin Sloveniyada təlim-məşq toplanışı başa çatıb
Bakıda çövkən üzrə dünya çempionatında Özbəkistan - Qazaxıstan matçı qolsuz başa çatıb
Azərbaycan-Özbəkistan kompüter dəstəkli taktiki komanda-qərargah təlimi keçiriləcək
Hərbi vəzifəlilərə atəş, taktiki, sıra və fiziki hazırlıq üzrə məşğələlər keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər