Leyla Əliyeva Yevlaxda Cümə məscidini ziyarət edib
sizinxeber.az xəbər saytı

Leyla Əliyeva Yevlaxda Cümə məscidini ziyarət edib


Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Yevlax şəhərinə səfəri çərçivəsində Cümə məscidini ziyarət edib.

"Sizinxeber.az" xəbər verir ki, Leyla Əliyeva məsciddə dini ayinlərin icrası və ibadət üçün yaradılmış şəraitlə yaxından tanış olub.

Məscidin imamı bildirib ki, Cümə məscidi 1998-ci ildə istifadəyə verilib. Məsciddə eyni anda 600-ə yaxın şəxs ibadət edə bilər. Azad edilmiş ərazilərdə məscidlərin bərpasının din xadimlərini, ibadət əhlini xüsusilə sevindirdiyini bildirən imam Cümə məscidinin də dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb, ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib.

Ziyarətin sonunda Leyla Əliyevaya "Qurani-Kərim" hədiyyə edilib.

Oxşar xəbərlər

Leyla və Arzu Əliyevalara "Qurani-Kərim” hədiyyə olundu
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Xan məscidini ziyarət ediblər
Leyla Əliyeva Qubada “Səkinə xanım” məscidini ziyarət edib - FOTO
Leyla Əliyeva Yevlaxda "Gənc arıçı" layihəsinin iştirakçısı ilə görüşüb
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər