Nazir: "Azərbaycan nəqliyyat qovşağı kimi strateji rolunu gücləndirir"
sizinxeber.az xəbər saytı

Nazir: "Azərbaycan nəqliyyat qovşağı kimi strateji rolunu gücləndirir"


Azərbaycan enerji təhlükəsizliyi ilə yanaşı, nəqliyyat qovşağı kimi də strateji rolunu gücləndirir.

"Report" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev "Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı" çərçivəsində keçirilən biznes forumda deyib.

Onun sözlərinə görə, bu gün qlobal iqtisadiyyat mühüm transformasiya dövründən keçir: "Geosiyasi çətinliklər və dünyada baş verən müxtəlif hadisələr, əlbəttə ki, biznes üçün yeni çağırışlar yaradır. Bir tərəfdən, Azərbaycan qlobal miqyasda mühüm enerji amilinə çevrilib. Ölkəmiz həm regionun, həm Avropanın, həm də tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin olunmasında çox mühüm rol oynayır. Amma biz yalnız enerji sektorunun inkişafı ilə kifayətlənməməli, iqtisadi inkişafımızı yalnız bu sahəyə əsaslandırmamalıyıq".

Nazir əlavə edib ki, Azərbaycan eyni zamanda iqtisadiyyatın və ixracın şaxələndirilməsi, yeni bazarlara çıxış, eləcə də infrastrukturun gücləndirilməsi istiqamətində çalışır: "O, bu gün infrastruktura çox ciddi investisiyalar yatıran ölkələrdən biridir. Avtomobil yolları, dəmir yolları, hava və su nəqliyyatı sahələrində mühüm nailiyyətlərimiz var. Bu gün geosiyasi çətinliklər və çağırışlar fonunda Orta Dəhlizin rolu getdikcə artır. Orta Dəhliz məhz Azərbaycandan keçir, Asiyanı Avropa, Xəzər dənizini isə Qara dənizlə birləşdirir. Eyni zamanda, bir çox istiqamətlər üzrə alternativ nəqliyyat marşrutları yaradır.

Bu baxımdan, Azərbaycan bir tərəfdən, enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır, digər tərəfdən isə nəqliyyat infrastrukturu baxımından strateji körpü funksiyasını yerinə yetirir. Hesab edirik ki, bu istiqamətlərin inkişaf etdirilməsi gələcək imkanlarımızın daha da genişlənməsinə xidmət edəcək".

Oxşar xəbərlər

Nazir: "Azərbaycan Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu gücləndirib"
Nazir: Azərbaycan QDTİB ilə əməkdaşlığı genişləndirmək niyyətindədir
Kaleb Orr: Azərbaycan regionun enerji təhlükəsizliyində mühüm rol oynayır
Ulf Haytmüller: "Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir"
Sahil Babayev: "Orta Dəhliz” geosiyasi təzyiqə davam gətirə biləcək tərəfdaşlığı təcəssüm etdirir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər