Məhkəmədə zərərçəkmiş şəxs Madat Babayanı tanıyıb: O, “sən türksən” deyib məni təpiklədi
sizinxeber.az xəbər saytı

Məhkəmədə zərərçəkmiş şəxs Madat Babayanı tanıyıb: O, “sən türksən” deyib məni təpiklədi


Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində zərərçəkmiş şəxs Yaşar Əlməmmədov ifadə verib.

APA xəbər verir ki, o, 1956-cı il ildə Xocalı şəhərində anadan olduğunu, orada ailəsi ilə birlikdə yaşadğını bildirib.

Zərərçəkmiş şəxs 1992-ci il fevralın 25-də Ermənistan ordusunun Xocalıya hücuma keçdiyini, onları atəşə tutduğunu, çoxlu sayda dinc sakinin həlak olduğunu bildirib. Yaşar Əlməmmədovun sözlərinə görə, o, fevralın 27-də əsir götürülüb.

Təqsirləndirilən şəxlərdən Madat Babayanı, Bako Sahakyanı və Arkadi Qukasyanı tanıdığını deyən zərərçəkmiş daha sonra bildirib: “Madat Babayanın dəstəsinin üzvləri, şəxsən özü mənə işgəncə verib. Əsir olan vaxt Madat yaxınlaşdı, mənə “sən türksən” deyib təpiklədi, sonra təhqir etdi”.

Y.Əlməmmədov 1992-ci il martın 2-də yaralı vəziyyətdə Azərbaycan tərəfinə qaytarılıb.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Oxşar xəbərlər

Məhkəmədə zərərçəkmiş şəxs Madat Babayanı tanıdı: O, “sən türksən” deyib məni təpiklədi
Madat Babayan: Silahlar Xankəndidən və Ermənistandan gətirilirdi
Azyaşlı övladı işgəncə ilə öldürülən məhkum qadın məhkəmədə ifadə verib
Arkadi Qukasyandan qondarma rejimlə bağlı etiraf: Əməkhaqları Ermənistan dramı ilə ödənilirdi
Bağanıs Ayrım kəndindən olan zərərçəkmiş: Ermənilər 39 günlük körpəmi qətlə yetirdilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər