Dünya çempionu Xaqan Əhməd: "Sonuncu qarşılaşma mundial ərzində keçirdiyim ən çətin oyun oldu"
sizinxeber.az xəbər saytı

Dünya çempionu Xaqan Əhməd: "Sonuncu qarşılaşma mundial ərzində keçirdiyim ən çətin oyun oldu"


İtaliyanın Montesilvano şəhərində keçirilən şahmat üzrə dünya çempionatında U-16 yaş qrupunda qızıl medal qazanan Xaqan Əhməd sonuncu partiyada ciddi çətinliklə üzləşib.

Şahmatçı bunu "Report"a açıqlamasında deyib.

O, həlledici görüşlə bağlı düşüncələrini bölüşüb:

"İlk dəfə dünya çempionu oldum və bu, mənim üçün böyük uğurdur. Sonuncu qarşılaşma turnir ərzində keçirdiyim ən çətin oyun oldu. Düşünürdüm ki, rahatlıqla dünya çempionu olacağam. Lakin qarşılaşma olduqca çətin alındı. Gərgin partiya 5-6 saat davam etdi və yekunda qələbə qazana bildim".

Qeyd edək ki, X.Əhməd XI turda FIDE təmsilçisi Qleb Şeqlovu məğlub edər. Keçirdiyi 11 oyunda 9,5 xal toplayan şahmatçı qızıl medala sahib çıxıb.

Oxşar xəbərlər

Azərbaycan şahmatçıları İtaliyada iki qızıl medal qazanıblar
Azərbaycanlı Avropa çempionu: “Hədəfim dünya çempionatında qızıl medal qazanmaqdır”
Monteneqroda qızıl medal qazanan Zidan Hümbətov: "Qazaxıstan çempionuna qarşı ilk döyüşüm daha çətin oldu"
U-23 dünya çempionatının qızıl medalçısı: Ən çətin görüşüm yaponiyalı güləşçi ilə oldu
Azərbaycanlı dünya çempionu: Taktikanı dəyişmədim, plana sadiq qaldım

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər