Bakıdakı UFC turniri sosial mediada 297 milyon baxış toplayıb
sizinxeber.az xəbər saytı

Bakıdakı UFC turniri sosial mediada 297 milyon baxış toplayıb


Mütləq Döyüş Çempionatının (UFC) sahibi olan "TKO Group Holdings" şirkəti Bakıda keçirilmiş turnirin yekunlarını açıqlayıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən "Report"a verilən məlumata görə, təşkilatçılar tədbirin böyük uğurla başa çatdığını vurğulayaraq, Milli Gimnastika Arenasının tribunalarının tam dolduğunu və turnirin rəqəmsal platformalarda yüksək nəticələr əldə etdiyini bildiriblər.

UFC-nin rəsmi sosial media hesablarında turnirlə bağlı yayımlanan kontent 612,9 milyondan çox, videolar isə 297,3 milyon baxış toplayıb.

Döyüş həftəsi ərzində 50 milyondan çox izləyicisi olan rəsmi Instagram hesabında hər gün Bakıdan paylaşımlar edilib, dünya auditoriyasına turnirə hazırlıq prosesi, döyüşçülər və tədbirin pərdəarxası məqamları çatdırılıb.

Bakıda keçirilmiş UFC turniri ilk dəfə olaraq dünyanın ən böyük striminq platformalarından biri olan "Paramount+" vasitəsilə canlı yayımlanıb. Platformanın qlobal auditoriyası 80 milyona yaxın abunəçini əhatə edir. Bakıdakı turniri 72 ölkədən gələn 11 minə yaxın tamaşaçı izləyib. Tədbir beynəlxalq medianın da diqqət mərkəzində olub - UFC Bakı gecəsini 114 yerli və xarici media nümayəndəsi işıqlandırıb.

Qeyd edək ki, "UFC Fight Night Baku" turniri iyunun 27-də keçirilib. Azərbaycan təmsilçilərindən Tahir Abdullayev braziliyalı Cefferson Nasimentonu, Fərman Həsənov isə ABŞ-dən olan Erik Nolanı məğlub edib. Nazim Sadıxov Mateus Kamiloya (Braziliya) uduzub. Rafael Fiziyev gecənin əsas qarşılaşmasında meksikalı Manuel Torresə qalib gəlib.

Oxşar xəbərlər

Bakıda keçiriləcək UFC turnirinə 70-ə yaxın ölkədən azarkeşlər gələcək
"Neftçi"nin futbolçusu Freddi Varqasın qolu sosial şəbəkədə 22 milyondan çox baxış toplayıb
Bakıdakı UFC turniri başa çatıb, gecənin əsas döyüşündə qalib bəlli olub
Bakıda bədii gimnastika üzrə "AGF Trophy" beynəlxalq turniri keçiriləcək
UFC turnirlərinin 2028-ci ilədək Bakıda keçirilməsi üçün müqavilə imzalanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər