Rusiyanın Kiyevə hücumunda ölənlərin sayı 13-ə çatıb, 86 yaralı var - FOTO - YENİLƏNİB-2
sizinxeber.az xəbər saytı

Rusiyanın Kiyevə hücumunda ölənlərin sayı 13-ə çatıb, 86 yaralı var - FOTO - YENİLƏNİB-2


Rusiyanın Kiyevə hücumunda ölənlərin sayı 13 nəfərə çatıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko “X” hesabında bildirib.

Onun sözlərinə görə, ikisi azyaşlı olmaqla, azı 86 nəfər isə xəsarət alıb.

Paytaxtda 20 yaşayış məntəqəsi birbaşa hücuma məruz qalıb, 100-ə yaxın tikiliyə ziyan dəyib.

Axtarış-xilasetmə qrupları Kiyevin 15 bölgəsində fəaliyyət göstərir.

***

08:01

Rusiyanın Ukraynaya endirdiyi kütləvi hava hücumu nəticəsində Kiyevdə ciddi dağıntılar baş verib, ölən və yaralananların sayı artır.

Sizinxeber.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.

Onun sözlərinə görə, səhər saat 06:00-a olan məlumata əsasən, hücum nəticəsində 3 nəfər həlak olmuş, 25-ə yaxın şəxs yaralanmışdı. Daha sonra Kiyev meri Vitali Kliçko ölənlərin sayının 5-ə, yaralananların sayının isə 34-ə çatdığını açıqlayıb.

Son məlumata görə isə, Timur Tkaçenko hücum nəticəsində həyatını itirənlərin sayının 8-ə yüksəldiyini bildirib.

"Hazırda Rusiyanın zərbəsi nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb. Düşmən növbəti dəfə məqsədli şəkildə yaşayış məhəllələrini hədəfə alır və dinc sakinləri öldürür. Şəhərdə çox ciddi dağıntılar var, çoxlu sayda yaralı, o cümlədən uşaqlar var", – deyə Tkaçenko bildirib.

Onun sözlərinə görə, şəhər üzrə ümumilikdə 28 məntəqəyə zərbələr endirilib. Zərər görən obyektlərin əksəriyyətini yaşayış binaları və mülki infrastruktur təşkil edir.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti isə hücumun nəticələrini əks etdirən görüntülər yayıb. Kadrlarda yanan yaşayış binaları, dağıntılar və külə dönmüş avtomobillər əks olunub.


***
05;46

Rusiyanın iyulun 2-nə keçən gecədən etibarən Kiyevə endirdiyi intensiv hava zərbələri nəticəsində ölənlərin sayı 2-yə, yaralananların sayı isə 16-ya çatıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.

Onun sözlərinə görə, kütləvi hava hücumları paytaxtın Obolon, Qoloseyev, Şevçenko, Svyatoşin və Podil rayonlarında mülki infrastruktur obyektlərinə və yaşayış binalarına ciddi ziyan vurub.

Tkaçenko dağıntılar altında insanların qala biləcəyini bildirib və ölənlərlə yaralananların sayının arta biləcəyini istisna etməyib.

***

Rusiyanın pilotsuz uçuş aparatları ilə hücumu fonunda Kiyev yaxınlığında hava hücumundan müdafiə (HHM) sistemləri fəaliyyətə başlayıb.

Bu barədə "RBK-Ukrayna" Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkoya istinadən məlumat yayıb.

"Kiyevlilər, hazırda paytaxtın yaxınlığında HHM bölmələri düşmən hədəflərinə qarşı işləyir", - deyə Tkaçenko bildirib.

Onun sözlərinə görə, dronların paytaxt istiqamətində hərəkətini davam etdirməsi ehtimalı var.

O, yaxın günlərdə kombinə edilmiş hücumun da mümkün olduğunu qeyd edib.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri sakinləri hava həyəcanı ləğv edilənədək sığınacaqlarda qalmağa çağırıb.

Oxşar xəbərlər

Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 8-ə çatıb, yaşayış binaları dağılıb - YENİLƏNİB-1
Rusiya Kiyevə hücum edib, 2 nəfər ölüb, 16 yaralı var - YENİLƏNİB
Rusiyanın Kiyevə hücumları nəticəsində ölənlərin sayı 26-ya çatıb - YENİLƏNİB-6 - VİDEO
Rusiyanın Kiyevə hücumları nəticəsində ölənlərin sayı 15-ə çatıb, 130-dan çox yaralı var - YENİLƏNİB-5 - VİDEO
Rusiyanın Kiyevə PUA hücumu nəticəsində 11 nəfər həlak olub, 135 yaralı var - YENİLƏNİB-4 - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər