Ruben Rubinyan Ermənistan parlamentinin spikeri postuna namizəd seçilib
sizinxeber.az xəbər saytı

Ruben Rubinyan Ermənistan parlamentinin spikeri postuna namizəd seçilib


Ruben Rubinyan Ermənistan Milli Assambleyasının (MA) sədri vəzifəsinə namizəd seçilib.

"Sizinxeber.az" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Assambleyanın iclasından sonra jurnalistlərə bildirib.

Daha əvvəl Rubinyan Ermənistan Milli Assambleyasının vitse-spikeri vəzifəsini tuturdu.

"Müzakirə və gizli səsvermə nəticəsində Ruben Rubinyan Milli Assambleyanın spikeri postuna namizəd seçilib", - Paşinyan deyib.

Qeyd edək ki, MA spikeri postuna namizədlər Alen Simonyan, Ayk Koncoryan və Ruben Rubinyan olub.

Oxşar xəbərlər

Ermənistan parlamentinin vitse-spikeri və Aİ rəsmisi Azərbaycanla normallaşma prosesini müzakirə edib
Ermənistan parlamentinin vitse-spikeri İstintaq Komitəsinə çağırılıb
Ermənistan parlamentinin sədri dəyişir
Ermənistan parlamentinin vitse-spikeri: İrəvan Ankara ilə diplomatik münasibətlər qurmağa həmişə hazır olub
Türkiyə və Ermənistan nümayəndələri Antalyada münasibətlərin normallaşmasını müzakirə ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər