Bakıda Ukrayna universitetlərinin rəsmi təhsil sərgisi keçiriləcək
sizinxeber.az xəbər saytı

Bakıda Ukrayna universitetlərinin rəsmi təhsil sərgisi keçiriləcək


Bakıda Ukrayna ali təhsil müəssisələrinin iştirakı ilə rəsmi təhsil sərgisi təşkil olunacaq.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Beynəlxalq Hüquq və Beynəlxalq Əlaqələr Cəmiyyəti İB-nin sədr müavini, "Alijanov Group" MMC-nin direktoru, Jurnalistlər Birliyinin üzvü, hüquq üzrə fəlsəfə doktoru Fürqan Abdullazadə və "INGEK" beynəlxalq təhsil mərkəzin rəhbəri Rüfət Mirzəyev məlumat veriblər.

Sərgi Ukrayna Təhsil və Elm Nazirliyi, Ukrayna Dövlət Beynəlxalq Təhsil Mərkəzi və Ukraynanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.

Tədbirin əsas məqsədi Azərbaycan gənclərini, valideynləri və təhsil mütəxəssislərini Ukraynanın aparıcı ali təhsil müəssisələri və onların müasir tədris proqramları ilə yaxından tanış etməkdir.

Sərgi çərçivəsində iştirakçılara bakalavr, magistratura və doktorantura (PhD) proqramları, həmçinin beynəlxalq ikili diplom layihələri barədə ətraflı məlumat təqdim olunacaq. Ziyarətçilər Ukrayna və ingilis dillərində tədris olunan ixtisaslarla tanış ola, qəbul qaydaları, təhsil imkanları və viza prosedurları barədə universitet nümayəndələrindən birbaşa rəsmi məsləhətlər əldə edə biləcəklər.

Təhsil sərgisi 4 iyulda Bakı şəhərində yerləşən "Hyatt Regency" hotelində (İzmir küçəsi 6) saat 10:00-dan 18:00-dək keçiriləcək.

Tədbirdə iştirak ödənişsizdir və giriş bütün ziyarətçilər üçün sərbəstdir.

Qeyd edək ki, sərgi "Alijanov Group" və "IEC INGEK" şirkətlərinin rəsmi dəstəyi ilə təşkil olunur.

Oxşar xəbərlər

Bakıda Özbəkistan Universitetlərinin Təhsil Sərgisi keçiriləcək
Emin Əmrullayev Qazaxıstanda "Study in Azerbaijan" beynəlxalq təhsil sərgisi ilə tanış olub
Bakıda Qazaxıstan universitetlərinin təhsil sərgisi keçirilir - FOTO
Bakıda Malayziya Universitetlərinin təhsil imkanlarını əks etdirən sərgi olub
Bakıda "Study in Kazakhstan" təhsil sərgisi açılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər