Onlayn mərc və qumar oyunları təşkil edən şəbəkənin üzvləri həbs edilib - VİDEO
sizinxeber.az xəbər saytı

Onlayn mərc və qumar oyunları təşkil edən şəbəkənin üzvləri həbs edilib - VİDEO


Daxili İşlər Nazirliyi tərəfindən aparılan profilaktik tədbirlərə baxmayaraq, sosial şəbəkələrdə onlayn qumar və mərc oyunlarının təşkil edilməsi hallarına rast gəlinir. Qeyd edilən qanunsuz hərəkətlərə qarşı mübarizə istiqamətində Nazirliyin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən növbəti dəfə bir-neçə əməliyyat-texniki tədbir hazırlanaraq həyata keçirilib.

Bu barədə APA-ya DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Baş İdarəyə sosial şəbəkələrdə açılmış səhifələrdə vətəndaşların onlayn qumar oyunlarına cəlb edilməsi barədə əməliyyat məlumatları daxil olub. Həyata keçirilən tədbirlərlə Aqil Məmmədzadə və onun başçılıq etdiyi dəstənin digər üzvləri - Orxan Gözəlov, Elmar Gözəlov, Tacir Məmmədzadə, Emil Əmrahlı, həmçinin digər dəstəyə rəhbərlik edən Ülvi Məmmədov saxlanılıblar.

Adları sadalanan şəxslər ölkə hüdudlarından kənarda yaradılmış və qanunsuz fəaliyyət göstərən mərc və digər qumar oyunlarının təşkilatçıları ilə əlaqə saxlayıb onlardan "fastloto.com" və digər internet saytlarında təşkil edilmiş qumar oyunlarında iştirak üçün gizli şifrələr əldə ediblər. Daha sonra onlar sosial platformalarda “Kral Kazino" və digər adlar altında virtual kassa yaradaraq onlarla əlaqə saxlayan şəxsləri pul müqabilində qumar oyunlarına cəlb ediblər. Məhkəmə qərarları əsasında dəstə üzvlərinin istifadə etdikləri gizli ofislər, mənzillər və saxlanc yerlərinə baxış zamanı çoxsaylı elektron sübutlar, bank kartları, xarici ölkələrə məxsus mobil telefon nömrələri və sair maddi sübutlar aşkar olunaraq götürülüb.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. İfşa edilən hər iki şəbəkənin başçısı Aqil Məmmədzadə, Ülvi Məmmədov və digərləri barəsində həbs qətimkan tədbiri seçilib.

Dəstənin xarici ölkələrdə gizlənən üzvlərinin məsuliyyətə cəlb edilmələri istiqamətində tərəfdaş dövlətlərin hüquq-mühafizə orqanları ilə birgə əməliyyat tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

Sosial şəbəkədə onlayn qumar təşkil edən dəstə tutulub - VİDEO
Dövriyyəsi 10 milyon manatı keçən, onlayn qumar təşkil edən dəstə ifşa olunub
“İnstagram”da qumarla kibercinayətkarlıq edən şəbəkə ifşa olunub, 9 nəfər tutulub, 10 milyonluq əmlak və avtomobillərin üzərinə həbs qoyulub - VİDEO
“İnstagram”da qumarla kibercinayətkarlıq edən şəbəkə ifşa olunub, 9 nəfər tutulub, 10 milyonluq əmlaklar və avtomobillərin üzərinə həbs qoyulub - VİDEO
Oğuzda çay evində qumarxana aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle