Oğuzda çay evində qumarxana aşkarlanıb
sizinxeber.az xəbər saytı

Oğuzda çay evində qumarxana aşkarlanıb


Oğuz Rayon Polis Şöbəsinə rayon ərazidində yerləşən çay evlərinin birində qanunsuz pul uduşlu qumar oyunlarının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, görülən tədbirlərlə həmin obyektdə qumar oyunları təşkil edən icarədar Elnur Məmmədrəfiyev saxlanılıb. Çay evinə baxış zamanı qumar oyunlarına qoyulan pul vəsaiti və digər maddi sübutlar aşkarlanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Ağdam sakinindən 1 kq-a yaxın marixuana və patron aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər