Laçında meşə yanğını davam edir   - FOTO - VİDEO - YENİLƏNİB-1
sizinxeber.az xəbər saytı

Laçında meşə yanğını davam edir - FOTO - VİDEO - YENİLƏNİB-1


Laçın rayonunun Zerti kəndi yaxınlığında meşə yanğını davam edir.

APA-nın yerli bürosunun məlumatına görə, yanğın keçmiş döyüş sahəsində baş verir.

Bu səbəbdən alovun söndürülməsi zamanı şəxsi heyətin genişmiqyaslı müdaxiləsi məhdudlaşıb. Səbəb ərazidə mina və partlamamış döyüş sursatlarının olma ehtimalıdır.

Hadisə yerinə çox sayda yanğınsöndürmə texnikası və canlı qüvvə cəlb olunub. Hazırda müvafiq tədbirlər fasiləsiz şəkildə davam etdirilir.



***
22:03



Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Laçın rayonu, Hoçaz kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə nəzarətə götürülüb.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.


***
21:08


Laçında meşə yanğını baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, yanğın böyük ərazilərə yayılıb.

Yanğının söndürülməsi üçün FHN-nin xeyli canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub.

Oxşar xəbərlər

Laçında meşə yanğını davam edir - VİDEO - YENİLƏNİB-1
Qəbələdə dağlıq ərazidə yanğın olub, meşə yanğından mühafizə edilib - VİDEO - FOTO
Cəlilabadda dağlıq ərazidə yanğının söndürülməsinə helikopterlər cəlb olunub - FOTO - VİDEO - YENİLƏNİB-2
Gədəbəydə meşə yanıb
Sumqayıtda açıq ərazidə yanğın söndürülüb - YENİLƏNİB-1

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle