Sizinxeber.az » Cəmiyyət » Hadisə » Cəlilabadda dağlıq ərazidə yanğının söndürülməsinə helikopterlər cəlb olunub - FOTO - VİDEO - YENİLƏNİB-2

Cəlilabadda dağlıq ərazidə yanğının söndürülməsinə helikopterlər cəlb olunub - FOTO - VİDEO - YENİLƏNİB-2

Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin qüvvələri cəlb olunub.

FHN-in Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən məlumata görə, yanğının daha geniş sahəyə yayılmasının qarşısını almaq və söndürülməsi işlərini sürətləndirmək məqsədilə əraziyə Aviasiya dəstəsinin iki ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Əlavə məlumat veriləcək.

***

16.58

Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə yanğının söndürülməsi ilə bağlı tədbirlər davam etdirilir.

Sizinxeber.az-nın yerli bürosu xəbər verir ki, əraziyə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində tədbirlər görür.

Yanğın baş verən ərazidə bir nəfərin tüstüdən zəhərləndiyi bildirilir. Əraziyə təcili yardım briqadası cəlb olunub.

***

15.39

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Sizinxeber.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Hava şəraitinin küləkli olması yanğınsöndürmə işlərində çətinliklər yaradır.

Əlavə məlumat veriləcək.

***

14:03

Cəlilabadda yanğın başlayıb.

Sizinxeber.az-nın cənub bürosunun verdiyi xəbərə görə, yanğın Cəlilabad rayonunun Zopun kəndi ərazisində qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğının qarşısının alınması və ətraf ərazilərə yayılmaması üçün tədbirlər görülür.

ДРУГИЕ НОВОСТИ

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
  2. "Haber Global" Bakıda təşkil olunan forumdan reportaj hazırladı: "Orta Dəhlizin cəlbediciliyi və istifadə imkanları artıb"
  3. Bayrama görə pul kimə, necə veriləcək? - Dəqiq izah
  4. Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
  5. Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
  6. Siqaretin qiymətində kəskin artım: Nə baş verir?
  7. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
  8. MTK-lar daxili krediti niyə azaldıblar? - VİDEO
  9. Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
  10. Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Галерея
Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq" width="290" alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"" />
Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib width="290" alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib" />
Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir width="290" alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir" />
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib width="290" alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib" />
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik" width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib