İƏT rəsmisi: İslamofobiya kimi ayrı-seçkilik və zorakılığa yol açan hallar qəbulolunmazdır
sizinxeber.az xəbər saytı

İƏT rəsmisi: İslamofobiya kimi ayrı-seçkilik və zorakılığa yol açan hallar qəbulolunmazdır


İslamofobiya, ksenofobiya kimi ayrı-seçkilik və zorakılığa yol açan hallar qəbulolunmazdır.

“Sizinxeber.az” xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Baş katibinin siyasi məsələlər üzrə müavini Yusif Məhəmməd Aldobiy (Yousef Mohammed S. Aldobeay) Bakıda “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq elmi konfransda deyib.

O qeyd edib ki, bu cür tədbirlər beynəlxalq hərəkatı təşviq edərək maarifləndirməyə təkan verir:

“İslamofobiya əleyhinə tədbirlər beynəlxalq məlumatlanma baxımından çox əhəmiyyətlidir və Azərbaycan da buna xüsusi diqqət yetirir. İƏT adından təşkilatçılara təşəkkür edirik. Belə konfranslar həyati əhəmiyyət daşıyır. Mövcud vəziyyət əməkdaşlığımızı genişləndirməyi zəruri edir.

Fikrimcə, bu cür ayrı-seçkilik halları barədə məlumatlılığı artırmaq üçün təhsil proqramları hazırlamalıyıq. Biz həm beynəlxalq, həm də regional təşkilatlarla bu istiqamətdə birgə çalışmağa hazırıq”.

Oxşar xəbərlər

BMT rəsmisi bütün nifrət və ayrı-seçkilik formalarına qarşı çıxmağa çağırıb
Bakıda “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfrans keçirilir
Fərid Şəfiyev: İslamofobiya geosiyasi təhdiddir
Prezident İlham Əliyev İslamofobiya ilə bağlı konfransın iştirakçılarına müraciət ünvanlayıb
Mərkəz sədri: İslamofobiya təkcə müsəlmanlara deyil, insan hüquqlarına qarşı bir təhdiddir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər