

Mərkəz sədri: İslamofobiya təkcə müsəlmanlara deyil, insan hüquqlarına qarşı bir təhdiddir
İslamofobiya təkcə müsəlmanlara deyil, insan hüquqlarına qarşı bir təhdiddir.
"Report" xəbər verir ki, bunu Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzinin (DICID) sədri İbrahim Saleh Al Naimi Bakıda "İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması" mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, islamofobiyaya təkcə dini yox, həm də insan hüququ ilə bağlı məsələdir:
"Bu barədə praktiki tədbirlər görülməlidir. İslamofobiyaya qarşı tədbirlər görülür. Bu gün toplaşmaqda məqsədimiz kənarda qalan səsləri yüksəltməkdir. Bu bizim birgə insanlıq, vicdan məsələmizdir".
DICID sədri bildirib ki, islamofobiya beynəlxalq miqyasda geniş vüsət almaqdadır:
"Bu məsələ dərin tarixi köklərə dayanır. Qədim zamanlardan başlayan islamofobiya prosesi hazırda yanlış məlumatlara əsaslanır. Bunun nəticələri isə çox təhlükəlidir və genişmiqyaslıdır".
İbrahim Saleh Al Naimi qeyd edib ki, islamofobiyaya qarşı mübarizədə üç əsas məsələyə diqqət çəkmək lazımdır:
"Bunlardan ilki maarifləndirmədir. Növbətisi həqiqəti çatdırmaqda beynəlxalq cəhdlərin ortaya qoyulmasıdır. Sonuncusu isə dünya səviyyəsində insanlar arasında əməkdaşlığı artırmaq üçün çağırışların edilməsidir. Ya gələcək üçün birgə çalışmalıyıq, ya da gələcək olmayacaq".
Oxşar xəbərlər
Bakıda “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfrans keçirilir
Fərid Şəfiyev: Bakı islamofobiya ilə mübarizədə siyasi və elmi mərkəzə çevrilir
BMTM sədri: İslamofobiya yalnız fərdi nifrət və ya qorxunu ifadə etmir, həm də geosiyasi təhdiddir
İƏT rəsmisi: İslamofobiya kimi ayrı-seçkilik və zorakılığa yol açan hallar qəbulolunmazdır
Fərid Şəfiyev: İslamofobiya geosiyasi təhdiddir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
