Direktor: Saat 10:00-a qədər 400-ə yaxın donor qan verib
sizinxeber.az xəbər saytı

Direktor: Saat 10:00-a qədər 400-ə yaxın donor qan verib


Səhər saat 10:00-a olan məlumata görə 400 nəfərə yaxın donor qanvermə aksiyasında iştirak edib.

“Report” xəbər verir ki, bu barədə Respublika Qan Bankının İcraçı direktoru Elxan Nağıyev Qafqaz Müsəlmanları İdarəsində keçirilən qanvermə aksiyasında jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, ümumilikdə 362 nəfər könüllü qan verib:

"Bu şəxslərdən ümumilikdə 162,9 litr qan tədarük olunub. Bu ilki aksiyalar ölkənin 30 şəhər və rayonu üzrə ümumilikdə 38 məntəqədə təşkil edilib. Qanvermə məntəqələrinə 23 məscid və ziyarətgahla yanaşı, 15 tibb müəssisəsi də daxildir. Qanvermə aksiyaları səhər saat 08:00-dan etibarən başlayıb və gün ərzində davam edir".

İcraçı direktor sözügedən könüllü aksiyada fəallığın olduğunu da diqqətə çatdırıb.

Oxşar xəbərlər

Bu il ilk dəfə Şuşa və Ağdamda qanvermə aksiyası keçiriləcək
Allahşükür Paşazadə Aşura günü ilə bağlı qan verib - YENİLƏNİB
Sədr müavini: İldən-ilə qanvermə aksiyasına qoşulanların sayında artım hiss olunur
Azərbaycan İlahiyyat İnstitutunda Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilir
Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər