Sədr müavini: İldən-ilə qanvermə aksiyasına qoşulanların sayında artım hiss olunur
Bu gün ölkə üzrə 40-a yaxın məntəqədə qanvermə aksiyasının keçirilməsi nəzərdə tutulub.
“Sizinxeber.az” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov İlahiyyat İnstitutunda təşkil olunan qanvermə aksiyasında jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, səhər saatlarından aksiyaya maraq böyükdür:
“Ümumiyyətlə, Aşura günü qanvermə aksiyasının keçirilməsi Azərbaycanda ənənə halını alıb”.
Sədr müavini onu da qeyd edib ki, bu il ilk dəfə işğaldan azad edilmiş ərazilərdə qanvermə aksiyası təşkil olunur:
“Şuşa və Ağdam məscidlərinin də siyahıya əlavə olunması həm qürurverici haldır, həm də simvolik məna daşıyır”.
Gündüz İsmayılov ildən-ilə aksiyaya qoşulanların sayında artım hiss olunduğunu da vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycan İlahiyyat İnstitutunda Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilir
Bu il ilk dəfə Şuşa və Ağdamda qanvermə aksiyası keçiriləcək
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
Milli Olimpiya Komitəsində kütləvi qanvermə aksiyası təşkil olunacaq
Gündüz İsmayılov: Azərbaycanda hər hansı məzhəbin üstünlüyü konteksində dini təhsil aparılmır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident İlham Əliyevin doğum günüdür












