Allahşükür Paşazadə Aşura günü ilə bağlı qan verib - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Allahşükür Paşazadə Aşura günü ilə bağlı qan verib - YENİLƏNİB


Qafqaz Müsəlmanları İdarəsininin sədri Şeyxülislam Allahşükür Paşazadə Aşura günü ilə bağlı keçirilən qanvermə aksiyasında qan verib.

“Report” xəbər verir ki, İdarədə təşkil olunan aksiyada Şeyxülislamla yanaşı, Azərbaycanda fəaliyyət göstərən ayrı-ayrı dini icmaların nümayəndələri və deputatlar da qan verib.

Xatırladaq ki, bu ilki aksiyalar ölkənin 30 şəhər və rayonu üzrə ümumilikdə 38 məntəqədə təşkil edilib. Qanvermə məntəqələrinə 23 məscid və ziyarətgahla yanaşı, 15 tibb müəssisəsi də daxildir.

Qanvermə aksiyaları səhər saat 08:00-dan etibarən başlayıb və gün ərzində davam edir.

11.08

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilir.

“Report” xəbər verir ki, qanvermə aksiyasında QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə yanaşı, Azərbaycanda fəaliyyət göstərən ayrı-ayrı dini icmaların nümayəndələri və deputatlar iştirak edir.

Qeyd edək ki, ölkə üzrə ümumilikdə 22 məscid və ziyarətgahda, 15 tibb müəsisəsində qanvermə aksiyası təşkil olunub.

FOTO: Məhəmməd Ağayev

Oxşar xəbərlər

Direktor: Saat 10:00-a qədər 400-ə yaxın donor qan verib
Azərbaycan İlahiyyat İnstitutunda Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilir
Bu il ilk dəfə Şuşa və Ağdamda qanvermə aksiyası keçiriləcək
Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb - FOTO
Sədr müavini: İldən-ilə qanvermə aksiyasına qoşulanların sayında artım hiss olunur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər