“Anglo Asian Mining” Qarabağda filiz hasilatına başlamağı planlaşdırır
Böyük Britaniyanın Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan “Anglo Asian Mining Plc.” (AAM) şirkəti bu ilin ikinci yarısında Qarabağ iqtisadi rayonunda yerləşən "Dəmirli" mis-molibden yatağında hasilata başlamağı planlaşdırır.
Bu barədə “Sizinxeber.az” şirkətin məlumatına istinadən xəbər verir.
"AAM 2024-cü ildə əhəmiyyətli potensiala malik olan "Dəmirli" yatağına çıxış əldə edib və hazırda hasilatın bərpası üzərində işləyir. Yataq 2025-ci ilin ikinci yarısında istismara veriləcək və artıq AAM-in strateji inkişaf planına daxil edilib", - şirkətin məlumatında bildirilib.
Məlumata görə, “Dəmirli”də mis ehtiyatları aşkar edilib və bu ehtiyatlar hasilatın bərpasını əsaslandırmaq üçün kifayətdir.
"İşin bərpası üçün mədən və zavodun tam işlək vəziyyətə gətirilməsi, müxtəlif texniki və logistik problemlərin həll edilməsi lazımdır. “Dəmirli” qəsdən zədələnmiş, tərk edilmiş bir sahədir və gözlənildiyi kimi, müəyyən çətinliklər yaranır. Bununla belə, AAM əmindir ki, hasilat gələn ilin ikinci yarısında bərpa edilə bilər", - AAM qeyd edir.
Daha əvvəl şirkətdən bildirilmişdir ki, “Dəmirli” mis-molibden yatağında istehsal 2025-ci il ərzində bərpa edilməsi planlaşdırılır.
Şirkətin məlumatına görə, 2028-ci ildə “Xarxar” və “Qaradağ” mədənlərini istismara verməyi planlaşdırır.
Xatırladaq ki, hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir. 1997-ci il avqust ayının 21-də imzalanan Production Sharing Agreement (PSA) tipli müqavilə 6 yatağın işlənməsini nəzərdə tutub. Müqavilədə Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı 49 % təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.
Oxşar xəbərlər
“Anglo Asian Mining” mayda “Gilar” qızıl yatağında tammiqyaslı hasilata başlamağı planlaşdırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dəmirli mis-molibden yatağında bu il istehsala başlanılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Anglo Asian Mining"in qızıl hasilatı 3 dəfədən çox azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniya şirkəti ilk dəfə “Gilar” yatağında filiz hasil edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Anglo Asian Mining” I rübdə qızıl hasilatının həcmini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












