“Anglo Asian Mining” I rübdə qızıl hasilatının həcmini açıqlayıb
Böyük Britaniyanın “Anglo Asian Mining PLC” şirkəti (AAM, Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator) 2025-ci ilin I rübündə 8,085 min unsiya qızıl ekvivalentində qiymətli metal hasil edib.
“Report” şirkətin məlumatına istinadən xəbər verir ki, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisindən 3,2 dəfə çoxdur.
"Anglo Asian" hesabat dövründə 6,029 min unsiya qızıl (artım 2,7 dəfə), 534 min ton mis (artım 9,9 dəfə), 30,321 min unsiya gümüş (artım 4,7 dəfə) hasil edib.
Yanvar-mart aylarında “Gədəbəy” yatağından 5,758 min unsiya qızıl (artım 2,54 %), 8,212 min unsiya gümüş (artım 5,4 dəfə) hasil edilib.
“2025-ci ilin I rübündə dünya bazarlarında qızıl külçə satışları 4,753 min unsiya (artım 21,1 %), orta satış qiyməti 2,843 min ABŞ dolları/unsiya təşkil edib. Ötən ilin yanvar-mart aylarında şirkət tərəfindən qızıl külçənin bir unsiyasının orta satış qiyməti 2,08 min ABŞ dollarına bərabər olub”, - məlumatda qeyd olunub.
Xatırladaq ki, 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə 6 yatağın işlənməsini nəzərdə tutub. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir.
Hazırda Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malik olan AAM hələlik iki müqavilə sahəsində - "Gədəbəy" və "Qoşa" yataqlarında qiymətli metal hasilatı ilə məşğul olur.
Oxşar xəbərlər
“Anglo Asian Mining” 2024-cü ildə qızıl hasilatının həcmini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Anglo Asian Mining"in qızıl hasilatı 3 dəfədən çox azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Anglo Asian Mining"in qızıl hasilatı 30%-dən çox azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Anglo-Asian Mining" bu il 2 mln. dollara yaxın zərər edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniya şirkəti ilk dəfə “Gilar” yatağında filiz hasil edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












