“Anglo Asian Mining"in qızıl hasilatı 3 dəfədən çox azalıb
Böyük Britaniyanın Azərbaycanda qızıl, gümüş və mis hasil edən şirkəti “Anglo Asian Mining PLC” şirkəti 2024-cü ilin ilk yarısı üzrə göstəricilərini açıqlayıb.
"Sizinxeber.az-Economics" xəbər verir ki, şirkət 2024-cü ilin ilk yarısında 5,270 qızıl unsiya ekvivalentində (GEOs) qiymətli metal hasil edib. Bu da ötən ilin eyni dövrünə nisbətən 77,5% azdır. 2023-cü ilin ilk yarısında bu rəqəm 23,391 unsiya təşkil edib.
"Anglo Asian" bu ilin yanvar-iyun aylarında 4,704 unsiya qızıl hasil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 3,1 dəfə azdır (2023-cü ilin I yarısında 14,623 unsiya qızıl).
Şirkətin mis hasilatı son bir ildə 1 870 tondan 100 tona düşüb. Gümüş hasilatı isə 2023-cü ilin ilk yarısındakı 44 696 unsiyadan bu ilin birinci rübündə 12 746 unsiyaya qədər azalıb.
“Anglo Asian Mining”in baş icraçı direktoru Rza Vəziri kəskin azalmanın səbəbini emalın qismən dayandırılması ilə əlaqələndirib: "Dövr ərzində emalın qismən dayandırılması səbəbindən hasilat əhəmiyyətli dərəcədə azaldı və nəticədə itki oldu. Xərclərə ciddi nəzarət edilməklə itki minimuma endirildi və dövr üzrə xalis borcun iki milyon dollardan az artması ilə nəticələndi".
Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo-Asian Mining Plc.” şirkətinin payı 49% təşkil edir.
Oxşar xəbərlər
Söyüdlüdə tullantı anbarının genişləndirilməsi üçün hökumətdən icazə alınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət büdcəsinin profisiti 3 dəfəyə yaxın artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda səkkiz ayda 1,5 tona yaxın qızıl istehsal edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyada doğum səviyyəsi tarixi minimuma düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu ilin I yarısında Azərbaycana xaricdən pul köçürmələri 31%-dən çox azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












