Dəmirli mis-molibden yatağında bu il istehsala başlanılacaq
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti bu il işğaldan azad edilmiş keçmiş Ağdərə rayonu ərazisində yerləşən Dəmirli mis-molibden yatağında istehsala başlayacaq.
Bu barədə “APA-Economics” şirkətə istinadən xəbər verir.
Qeyd edilib ki, şirkət Dəmirli mədən sahəsini qiymətləndirməyə davam edir və ilin sonuna qədər oradakı zavoddan istehsala yenidən başlamağı planlaşdırır. Bildirilib ki, AAM 2025-ci ilin gedişində istehsal göstərişləri ilə bağlı əlavə yeniliklər təqdim edəcək.
Ümumilikdə, 2025-ci il “Anglo Asian” üçün həlledici il olacaq. AAM yeni Gilar mədənini açaraq mis istehsalını artırmağa başlayır. Şirkət 2025-ci ildə mis istehsalının indiyə qədərki ən yüksək səviyyədə olacağını proqnozlaşdırıb.
Qeyd edək ki, Dəmirli yatağı uzun müddət Ermənistanın nəzarətində olub və 2023-cü ildə Azərbaycan ordusunun antiterror tədbirləri nəticəsində tam nəzarətə götürülüb. Yataqda təxminən 275 min ton mis və 3,2 min ton molibden ehtiyatının olduğu bildirilir.
Xatırladaq ki, 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir.
Oxşar xəbərlər
“Anglo Asian Mining"in qızıl hasilatı 3 dəfədən çox azalıb
"Anglo-Asian Mining" bu il 2 mln. dollara yaxın zərər edib
“Anglo Asian Mining"in qızıl hasilatı 30%-dən çox azalıb
“Anglo Asian Mining” 2024-cü ildə qızıl hasilatının həcmini açıqlayıb
Söyüdlüdə tullantı anbarının genişləndirilməsi üçün hökumətdən icazə alınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Atletiko" "Barselona"nı darmadağın etdi
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












