“Anglo Asian Mining"in qızıl hasilatı 30%-dən çox azalıb
sizinxeber.az xəbər saytı

“Anglo Asian Mining"in qızıl hasilatı 30%-dən çox azalıb


Böyük Britaniyanın Azərbaycanda qızıl, gümüş və mis hasil edən şirkəti “Anglo Asian Mining PLC” şirkəti 2024-cü il üzrə göstəricilərini açıqlayıb.

"APA-Economics" xəbər verir ki, şirkət 2024-cü ildə 16,760 qızıl unsiya ekvivalentində (GEOs) qiymətli metal hasil edib. Bu da əvvəlki ilə nisbətən 47,3% azdır. 2023-cü ildə bu rəqəm 31,821 unsiya təşkil edib.

"Anglo Asian" 2024-cü ildə 15,073 unsiya qızıl hasil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 31% azdır (2023-cü ildə 21,758 unsiya qızıl).

Şirkətin mis hasilatı son bir ildə 2,138 tondan 377 tona düşüb. Gümüş hasilatı isə 2023-cü ildəki ilk yarısındakı 53,226 unsiyadan bu ilin birinci rübündə 28,258 unsiyaya qədər azalıb.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo-Asian Mining Plc.” şirkətinin payı 49% təşkil edir.

AAM 2024-cü ildə 16,01 milyon dollar həcmində 6031 unsiya (bir unsiya üçün 2,655 ABŞ dolları ) külçə qızıl satışı həyata keçirib. 2023-cü ildə şirkət 2416 unsiya qızıl külçə (2,004 dollar) satışı həyata keçirib. Mis konsentratının satışları isə 2,3 milyon dollardan 1,5 milyon dollara qədər azalıb.

Oxşar xəbərlər

“Anglo Asian Mining"in qızıl hasilatı 3 dəfədən çox azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Anglo-Asian Mining" bu il 2 mln. dollara yaxın zərər edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Söyüdlüdə tullantı anbarının genişləndirilməsi üçün hökumətdən icazə alınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
AIMC Gədəbəydəki filiz tullantıları anbarının genişləndirilməsinin başa çatdırılacağı vaxt açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qana 2024-cü ildə qızıl hasilatını 4,5 milyon unsiyaya çatdıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər