Ağdərə-Nəsirvaz filizləşmə sahəsində axtarış-kəşfiyyat quyusu qazılıb
Naxçıvan Muxtar Respublikasındakı Ağdərə-Nəsirvaz filizləşmə sahəsində 251 paqonmetr dərinliyində axtarış-kəşfiyyat quyusu qazılıb.
"Report"un yerli bürosu xəbər verir ki, bu, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin həyata keçirdiyi tədbirlərin davam olaraq baş tutub.
Belə ki, Nazirliyin Geologiya və Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi 2023-cü ilin dekabr ayından Naxçıvan iqtisadi rayonu ərazisində qara, əlvan və nəcib metalların axtarışı və qiymətləndirilməsi işlərinə başlayıb. Bu işlər çərçivəsində axtarış-kəşfiyyat quyusu qazılıb, 38 ədəd kern nümunəsi götürüləcək üzərində laborator analizlər aparılıb, müsbət nəticələr əldə edilib. Belə ki, qurğuşunun (Pb) miqdarı sınaqların 19-da 1,023–2,546 %, 6-da isə 0,5–0,935 % təşkil edib.
Adıçəkilən filizləşmə sahəsində layihə dərinliyi 250 paqonmetr olan 249 paqonmetr dərinliyində ikinci axtarış-kəşfiyyat quyusu da qazılıb. 2024-cü ilin sentyabr ayının sonlarında başa çatan buruq-qazma işləri zamanı kern nümunələri götürülüb və analizlər aparılması üçün laboratoriyaya göndərilib.
Əlvan və nəcib metalların axtarışı və qiymətləndirilməsi məqsədilə indiyədək 1392 m3 həcmində xəndək qazılıb. Layihə üzrə 3-cü axtarış-kəşfiyyat quyusunun qazılacağı yer müəyyənləşdirilib, qazma aqreqatının servis-təmir işlərinə, quyu meydançasına yanaşma yolunun çəkilməsinə və digər kameral işlərə başlanılıb.
Oxşar xəbərlər
Naxçıvan Nazirlər Kabinetinin bir sıra qərarları ləğv edilib
Gələn il Naxçıvanın sosial-iqtisadi inkişafına 150 milyon manat ayrılacaq
“AzerGold” QSC və Naxçıvan MR-in Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında görüş keçirilib
Naxçıvanın "Yaşıl enerji" Konsepsiyası hazırlanır
Naxçıvan Muxtar Respublikasının yaradılmasından 100 il ötür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












