“Sənaye 4.0 Hazırlıq Proqramı”na müraciət üçün portal istifadəyə verilib
Azərb aycanda yerli bizneslərin texnoloji transformasiyasını sürətləndirmək imkanlarını gücləndirmək məqsədilə “Sənaye 4.0 Hazırlıq Proqramı”na qeydiyyat üçün nəzərdə tutulan “industry4.az” portalı istifadəyə verilib.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinə (4SİM) istinadən xəbər verir.
“Sənaye 4.0 Hazırlıq Proqramı” texnologiyaların tətbiqi və mənimsənilməsi vasitəsilə müəssisələrin səmərəliliyini artırmaq, onların uzunmüddətli davamlı inkişafına dəstək məqsədi daşıyır, ölkədə rəqəmsal iqtisadiyyatın inkişafına töhfə vermək üçün strateji əhəmiyyət kəsb edir.
Proqram çərçivəsində aşağıdakı fəaliyyətlər nəzərdə tutulur:
- Şirkətlərin mövcud texnoloji bacarıqlarının və potensialının qiymətləndirilməsi;
- Texnoloji transformasiyaya dair yol xəritələrinin hazırlanması;
- Yol xəritəsinin icrasında zəruri maliyyə dəstəyinin ayrılması;
- Texnoloji bilik və bacarıqların gücləndirilməsi;
- İcra dəstəyinin göstərilməsi.
Müəssisələr ilkin məlumatları təqdim edərək “industry4.az” platformasında qeydiyyatdan keçə bilərlər. İlkin seçim mərhələsini uğurla keçən müəssisələr proqram çərçivəsində ətraflı dəstək almaq imkanı əldə edəcəklər. Hər bir müəssisə üçün proqramın müddəti 3-4 ay təşkil edəcək.
Oxşar xəbərlər
"Sənaye 4.0 Hazırlıq Proqramı"na müraciətlərin qəbuluna başlanılıb
4SİM-in “Sənaye 4.0 Hazırlıq Proqramı”ndan 2028-ci ilə qədər daha çox müəssisə yaralanacaq
Fariz Cəfərov: "Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiyanın icrasına 2025-ci ildə başlanılacaq"
4SİM-in Müşahidə Şurasının iclası keçirilib
4SİM-in icraçı direktoru: "Azərbaycanda rəqəmsal transformasiya əmək məhsuldarlığını 30 %-dək artıracaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
AZAL: Yeni “Airbus A321neo” istənilən istiqamətdə təhlükəsiz istismar oluna bilər - VİDEO
-
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
ABB bəzi kart əməliyyatları ilə bağlı texniki problem yarandığını açıqlayıb
