“AzerGold”un KSM Komitəsi Daşkəsən sakinləri ilə növbəti dəfə görüş keçirib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
02 
iy
2025
16:00

“AzerGold”un KSM Komitəsi Daşkəsən sakinləri ilə növbəti dəfə görüş keçirib

02 iy, 2025
16:00
214

“AzerGold”un KSM Komitəsi Daşkəsən sakinləri ilə növbəti dəfə görüş keçirib

“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət (KSM) Komitəsinin Daşkəsən rayonunun sakinləri ilə növbəti görüşü keçirilib.

Görüşdə “AzerGold”un İdarə Heyətinin üzvü – sədr müavini, QSC-nin KSM Komitəsinin sədri Xəyyam Fərzəliyev, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısının müavini Vüqar Məmmədov və komitə üzvləri iştirak ediblər.

Ənənəvi xarakter daşıyan görüşün məqsədi yerli icmalarla işin gücləndirilməsi, görülən işlərlə bağlı onların məlumatlandırılması, sosial ehtiyacların öyrənilməsi, rəy və təkliflərin dinlənilməsidir.

Görüşdə bu ilin I yarısında “AzerGold”un icra etdiyi, ilin II yarısında planlaşdırdığı sosial və ekoloji layihələr haqqında məlumat verilib.

Qeyd olunub ki, hesabat dövründə Səhmdar Cəmiyyəti ətraf mühitin mühafizəsi, məşğulluq, kənd təsərrüfatı, şəhid və müharibədə yaralananların ailə üzvləri üçün peşə hazırlığı, uşaqların fərdi inkişafı, mədəniyyət, mədəni irsin qorunması sahəsində sosial layihələr icra edib. Bu layihələrin həyata keçirilməsində Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi xüsusi vurğulanıb. Qarşıdakı dövrdə isə elm, təhsil, səhiyyə, idman, qadınların məşğulluğu, sosial infrastruktur və digər sahələrdə yeni təşəbbüslərin icrasının planlaşdırıldığı diqqətə çatdırılıb.

Görüş zamanı vətəndaşların müraciətləri dinlənilib, yeni təkliflər müzakirə edilib. Görüşdə, həmçinin vətəndaşların qaldırdıqları məsələlər araşdırılması və mövcud qanunvericilik çərçivəsində həll edilməsi üçün qeydiyyata alınıb.

“AzerGold” hədəf qruplarına yönəlmiş təşəbbüs və layihələrin icrası çərçivəsində kənd sakinləri ilə ənənəvi görüşləri davam etdirəcək.

Bizimlə əlaqə saxlayın