KGK-nın sədri: "Davamlı inkişafda insan hüquqları nəzərə alınmalıdır"
sizinxeber.az xəbər saytı

KGK-nın sədri: "Davamlı inkişafda insan hüquqları nəzərə alınmalıdır"


İnsan hüquqlarının nəzərə alınmadığı davamlı inkişaf gələcək nəsillər üçün təminat yarada bilməz.

"Report" xəbər verir ki, bunu Türkiyənin İctimai Nəzarət, Mühasibat və Audit Standartları təşkilatının (KGK) sədri Hayrettin Kurt Bakıda keçirilən "Dövlətin və təsərrüfat subyektlərinin mənafelərinin müdafiəsində auditin rolu" mövzusunda beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, davamlılıq yalnız ətraf mühitin qorunması, karbon emissiyalarının azaldılması və ya korporativ hesabatlılıqla məhdudlaşdırıla bilməz: "Bu anlayış insanın yaşamaq, işləmək, sağlam ətraf mühitdə yaşamaq, sosial təminat, təhsil almaq, ədalət mühakiməsinə çıxış və insan ləyaqətinə uyğun həyat sürmək hüquqları ilə birbaşa bağlıdır. İnsan ləyaqətini qorumayan davamlılıq gələcək nəsillər üçün həqiqi təminat yarada bilməz. Əsas məqsəd insanı mərkəzə qoyan ədalətli, şəffaf və məsuliyyətli inkişaf modelinin qurulmasıdır".

Oxşar xəbərlər

Vahid Novruzov: "Audit hüquqi dövlətin əsas iqtisadi dayaqlarından birinə çevrilib"
Anar Bağırov: Hüquqşünaslar iqlim ədalətinin təmin edilməsi üçün səylərini daha da artırmalıdır
Oktyabrda Bakıda milli insan hüquqları mövzusunda beynəlxalq konfrans keçiriləcək
Naxçıvanın Ombudsmanı: İqlim dəyişmələri ciddi insan hüquqları problemidir
Səbinə Əliyeva: Beynəlxalq ictimaiyyət insan hüquqlarının kütləvi pozulması hallarına biganə qalır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər