Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyaya mediatur təşkil olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəfəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyaya mediatur olub.
APA xəbər verir ki, Milli Observatoriyanın fəaliyyəti ilə tanış olan media nümayəndələri qurumun Qiymətləndirmə Mərkəzində Nazirliyin tabeliyində olan qurumlarda vakant vəzifələrin tutulması məqsədilə keçirilən müsabiqələrin imtahan mərhələsini izləyiblər.
Onlara imtahanların təşkili prosesində tətbiq olunan qiymətləndirmə mexanizmləri və şəffaflıq prinsipləri barədə məlumat verilib.
Jurnalistlər daha sonra Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində olub, buradakı təlim prosesini izləyiblər. Cari ilin 5 ayı ərzində Mərkəzdə 2700-dən çox əməkdaş üçün funksional və yumşaq bacarıqlar üzrə 93 mövzuda 140 təlimin təşkil olunduğu bildirilib.
Qeyd olunub ki, təlimlərin əsas məqsədi əməkdaşların peşəkar inkişafına, idarəetmə və kommunikasiya bacarıqlarının gücləndirilməsinə yönəlib.
Mediatur zamanı iştirakçılar həmçinin Milli Observatoriyada əmək bazarının monitorinqi və sosial müdafiə sahəsində aparılan tədqiqatlar barədə məlumatlandırılıblar.
Oxşar xəbərlər
Media nümayəndələri üçün “Sosial Jurnalistika” təlimi keçirilib
Özbəkistanla təlim sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
“Övladlığa götürmə sahəsində göstərilən xidmətlər”lə bağlı media nümayəndələrinə təlim keçirilib
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya auditor seçib
Ukraynalı uşaqların Azərbaycan Milli Xalça Muzeyinə ekskursiyası təşkil edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
-
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
-
Qaradağda torpaq satışı qalmaqalı: Sabiq vəzifəli şəxslərinin məhkəmə istintaqı başladı
-
Zelenski Putinə görüş və danışıqlar müddətində atəşkəs təklif edib
-
Bakı Təşəbbüs Qrupunun fəaliyyəti beynəlxalq səviyyədə qəbul olunur: Fransanın narahatlığı artır - TƏHLİL
-
Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır
