TDT ölkələrinin səhiyyə nazirləri Şuşada bəyannamə qəbul ediblər
sizinxeber.az xəbər saytı

TDT ölkələrinin səhiyyə nazirləri Şuşada bəyannamə qəbul ediblər


Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin səhiyyə nazirlərinin V iclası Qazaxıstanda keçiriləcək.

"Sizinxeber.az"un Şuşaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu barədə qərar bu gün nazirlərin birgə bəyannamənin imzalanması ilə başa çatan IV iclasında qəbul edilib.

Səhiyyə nazirləri TDT-yə üzv ölkələr və müşahidəçilər üçün vahid tibbi elmi məkanın yaradılması, birgə elmi tədqiqatların aparılması, tibbi təhsillə bağlı vahid standartların hazırlanması, tibb mütəxəssislərinin davamlı təhsilinin təmin edilməsi və səhiyyə sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin sürətləndirilməsi barədə razılığa gəliblər.

Bundan əlavə, təşkilat çərçivəsində vahid elektron sağlamlıq standartları hazırlanmaqla pasiyentlər haqqında məlumat mübadiləsinin aparılması barədə qərar qəbul edilib.

Eyni zamanda, 2025-ci il üçün səhiyyə sahəsində əməkdaşlıq üzrə TDT-nin İşçi Qrupunun Fəaliyyət Planı təsdiqlənib.

Oxşar xəbərlər

Şuşada “Türktransp­lant”ın təsis edilməsinə dair niyyət protokolu imzalanıb - YENİLƏNİB
Şuşada TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası keçirilir
Şuşada "Türktransplant" sisteminin yaradılmasına dair niyyət protokolu imzalanıb - YENİLƏNİB - FOTO
Şuşada TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası keçirilib - YENİLƏNİB
Gələn il Azərbaycanda TDT ölkələrinin daxili işlər nazirlərinin ikinci iclası keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle