Şuşada “Türktransplant”ın təsis edilməsinə dair niyyət protokolu imzalanıb - YENİLƏNİB
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında “Türktransplantın təsis edilməsinə dair Niyyət Protokolu” imzalanıb.
"Sizinxeber.az"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, mərasim Türk Dövlətləri Təşkilatı və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin Şuşada keçirilən IV iclası çərçivəsində baş tutub.
Sənəd Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan arasında imzalanıb.
Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələr “Türk Transplant” qurumu yaradır.
"Sizinxeber.az"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev quruma üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclasında deyib.
Onun sözlərinə görə, toplantıda səhiyyə sahəsində münasibətlərin dərinləşməsinə və gələcək birgə fəaliyyətlərin inkişafına təkan verəcək ikitərəfli sənədlər, həmçinin "Türk Transplant" sisteminin yaradılmasına dair Niyyət Protokolu imzalanacaq: "TDT-yə üzv və müşahidəçi ölkələrin vahid tibb elmi məkanının yaradılması, birgə elmi tədqiqatların aparılması, vahid tibb təhsili standartlarının müəyyənləşdirilməsi, davamlı tibbi təhsilin təmin edilməsini birgə fəaliyyətimizin əsas istiqamətləri hesab edirik”.
T.Musayev bildirib ki, səhiyyədə informasiya-kommunikasiya texnologiyalarının sürətli tətbiqi TDT çərçivəsində vahid elektron səhiyyə standartlarının hazırlanması ilə sərhədlərarası pasiyent məlumatlarının mübadiləsini mümkün edir: "Düşünürük ki, bu istiqamətdə də əməkdaşlıq üçün imkanlar çoxdur".
Nazir həmçinin ortaq türk əlifbasının yaradılmasını da TDT-yə üzv ölkələr arasında əlaqələr üçün mühüm addım kimi qiymətləndirib.
Oxşar xəbərlər
Şuşada TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası keçirilir
Şuşada Türk dövlətlərinin səhiyyə nazirlərinin dördüncü iclası keçiriləcək
TDT-nin Baş katibi: Bu ilin sonunda fövqəladə vəziyyətlərdə birgə işlərin həyata keçirilməsi planlaşdırılır
Türk Dövlətləri Rəqabət Şurası yaradılıb, qurumun növbəti iclası Şuşada keçiriləcək
Aydın Kərimov: Yaxın vaxtlarda Şuşa Rayon Mərkəzi Xəstəxanasının tikintisi başa çatacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Prezident İlham Əliyevin doğum günüdür
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik












