Füzulidə istifadəyə yararsız 50 ton pestisidlər zərərsizləşdirilmək üçün xüsusi poliqona daşınıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Füzuli rayonunda 50 tona qədər istifadəyə yararsız pestisid və çirklənmiş torpaq qatının daşınmasını həyata keçirib.
"Report" xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, beynəlxalq təhlükəsizlik tələblərinə uyğun şəkildə qablaşdırılan yüklər zərərsizləşdirilməsi üçün xüsusi nəqliyyat vasitəsi ilə “Cəngi pestisid poliqonu”na yola salınıb.
Növbəti mərhələdə pestisidlərin xüsusi lisenziyaya malik müəssisələrdə yandırılaraq tam zərərsizləşdirilməsi planlaşdırılır. Eyni zamanda, təmizlənmiş ərazilərdə çirklənməyə məruz qalmış torpaqların bərpası məqsədilə bioremediasiya üsullarından istifadə ediləcək və bu proses müvafiq dövlət qurumları ilə birgə həyata keçiriləcək.
Oxşar xəbərlər
Samuxda qadağan olunmuş 100 tona yaxın pestisid zərərsizləşdirilib
Bir sıra rayonlarda istifadəyə yararsız və qadağan olunmuş pestisidlərin zərərsizləşdirilməsi həyata keçiriləcək
KTN: Samuxdan təhlükəli tullantılar Cəngi Pestisid Poliqonuna daşınıb
Samuxda istifadəyə yararsız pestisidlər zərərsizləşdiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
Rəqəmsal inkişaf dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilir: Yeni mərhələnin hədəfləri nədir? - TƏHLİL
-
DÇ-2026: İngiltərə, Belçika və ABŞ milliləri 1/16 final matçına çıxırlar
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
