"20 minutos": Ermənistan Azərbaycanla sülh prosesində irəliləyiş üçün Konstitusiyasını dəyişməlidir
Ermənistan Azərbaycanla sülh prosesində irəliləyişi təmin etmək üçün öz Konstitusiyasını dəyişməlidir.
"Report" xəbər verir ki, bu barədə İspaniyanın "20 minutos" nəşrində məqalə yayımlanıb.
Nəşr qeyd edib ki, Ermənistan və Azərbaycan təkcə diplomatik sahədə deyil, həm də infrastruktur sahəsində münasibətlərin normallaşdırılması istiqamətində addımlar atmağa davam edir.
Xüsusən də, iyunun 22-də "Telecom Armenia" və "AzerTelecom" hər iki ölkənin ərazisindən internet trafikinin tranzitinə dair saziş imzalayıblar. Bundan əlavə, iyunun 21-də Azərbaycan Ermənistana 17 vaqon (1000 ton) dizel yanacağı ixrac edib.
Məqalədə qeyd edilib ki, internet trafikinin tranziti, neft məhsullarının tədarükü və digər əməkdaşlıq formaları sadəcə bəyanat xarakterli deyil, münasibətlərin real şəkildə normallaşmasının əlamətləridir. Lakin nəşrin fikrincə, bu, tamhüquqlu sülh sazişinin bağlanması üçün kifayət deyil.
"Ermənistan öz Konstitusiyasını dinc yanaşı yaşamağa dair reallıqlara uyğunlaşdırmalıdır. Əsas maneə qüvvədə olan Konstitusiyanın preambulasıdır ki, burada Ermənistan və Qarabağın birləşməsini nəzərdə tutan sənədə - "Müstəqillik Bəyannaməsi"nə istinad yer alır", - materialda vurğulanıb.
Eyni zamanda qeyd olunub ki, Ermənistanın Baş naziri Nikol Paşinyan konstitusiya islahatının və revanşist istəklərdən imtina edilməsinin tərəfdarıdır, lakin iyunun 7-də keçirilən seçkilərdən sonra o, konstitusiya çoxluğuna malik deyil və digər siyasi qüvvələrin dəstəyini axtarmağa məcburdur.
"Seçkilərdə ikinci yerdə (23,29 % səs) Samvel Karapetyanın "Güclü Ermənistan" partiyası, üçüncü yerdə isə təqribən 10 % səslə Robert Köçəryanın rəhbərlik etdiyi "Ermənistan" bloku qərarlaşıb. Hər iki siyasi qüvvə açıq şəkildə Rusiya yönümlü mövqeləri təmsil edir və Moskvanın maraqlarını irəli sürür. Onların məqsədi ölkəni yenidən Kremlin orbitinə qaytarmaq və Cənubi Qafqazda dayanıqlı sülhə doğru istənilən kursu əngəlləməkdir", - materialda qeyd olunub.
Məqalədə ayrıca olaraq, sülh prosesləri çərçivəsində münaqişələrdən sonra konstitusiya müddəalarının dəyişdirilməsinə nümunə kimi İrlandiya, Şimali Makedoniya və Almaniya daxil olmaqla, Avropa təcrübəsinə istinad edilib.
XƏBƏR YENİLƏNİR
Oxşar xəbərlər
Ararat Mirzoyan: Azərbaycanla münasibətlərin normallaşması məqsədilə aparılan danışıqlar davam edir
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq
Mirzoyan: Ermənistan Türkiyə ilə münasibətlərin normallaşması prosesində iştirak edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
