Zelenski İrlandiyaya "Drone Deal" müdafiə sazişi təklif edib
sizinxeber.az xəbər saytı

Zelenski İrlandiyaya "Drone Deal" müdafiə sazişi təklif edib


Ukrayna İrlandiyaya pilotsuz uçuş aparatları texnologiyaları sahəsində "Drone Deal" adlı xüsusi əməkdaşlıq sazişi imzalamağı təklif edib.

Bu barədə RBK-Ukrayna Prezidenti Volodimir Zelenskinin İrlandiyanın Baş naziri Mixol Martinlə Dublində keçirdiyi birgə mətbuat konfransına istinadən məlumat yayıb.

Rəsmi səfər çərçivəsində keçirilən görüşdə əsas müzakirə mövzusu innovasiya və müdafiə sənayesi sahəsində əməkdaşlıq olub. Kiyev hər iki ölkənin müdafiə müəssisələri arasında birbaşa əlaqələrin qurulmasına çalışır.

Zelenski bildirib ki, Ukrayna artıq İrlandiya ilə yeni texnologiyaların hazırlanması və istehsalı istiqamətində fəal dialoqa başlayıb.

Onun sözlərinə görə, Kiyev PUA-ların hazırlanması və döyüş şəraitində tətbiqi üzrə topladığı təcrübəni bölüşməyə hazırdır.

"Biz "Drone Deal" və müvafiq texnologiyaları təklif edirik. Bu, müəssisələrimiz və şirkətlərimiz arasında birbaşa və səmərəli əməkdaşlıq qurmağa imkan verir", – deyə Zelenski vurğulayıb.

Oxşar xəbərlər

Zelenski Koşta və Martinlə Aİ-yə üzvlüyü müzakirə edib
Almaniya və Ukrayna Berlində müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıb
Almaniya və Ukrayna müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıb
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
Zelenski: Şmıhal Ukraynanın müdafiə naziri təyin olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər