Keyko Fuximori Perunun ilk qadın Prezidenti olub
Perunun mühafizəkar "Xalq gücü" partiyasının lideri Keyko Fuximori iyunun 7-də keçirilən Prezident seçkilərinin ikinci turunda qələbə qazanıb.
"Sizinxeber.az" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Perunun Seçki Prosesləri üzrə Milli İdarəsi məlumat yayıb.
Məlumata görə, turda Fuximori səslərin 50,135 %-ni, solçu "Peru üçün Birlikdə" partiyasının namizədi Roberto Sançes isə 49,865 %-ni toplayıb.
"Bülletenlərin 100 %-i emal edilib. Biz bütün perulular üçün nizam və ümid yoluna qədəm qoymağa yaxınlaşırıq", - K.Fuximori "X" sosial şəbəkəsindəki paylaşımında bildirib.
Milli Seçki Münsiflər Heyəti iyulun 3-də K.Fuximorini rəsmən qalib elan edəcək.
Qeyd edək ki, Keyko Fuximorinin 51 yaşı var. O, Perunun sabiq prezidenti Alberto Fuximorinin qızıdır. İnauqurasiya mərasimi iyulun 28-də keçiriləcək. O, Peru tarixində ilk qadın prezident olacaq. Bu ölkədə prezident beş illik müddətə seçilir.
Oxşar xəbərlər
Perunun 15 ildən artıq həbsdə olan keçmiş prezidenti vəfat edib
Perunun sabiq prezidenti Alberto Fuximori vəfat edib
Perunun keçmiş prezidenti Alberto Fuximori vəfat edib
Peruda prezident və parlament seçkilərində səsvermə başa çatıb
Peruda keçirilən seçkilərdə Keyko Fujimori qalib gəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
