Yardımlıda keçiriləcək cüdo birinciliklərində 126 yeniyetmə mübarizə aparacaq
sizinxeber.az xəbər saytı

Yardımlıda keçiriləcək cüdo birinciliklərində 126 yeniyetmə mübarizə aparacaq


Yardımlı Olimpiya İdman Kompleksində keçiriləcək U-14 və U-17 yeniyetmələr arasında cüdo üzrə Cənub bölgəsi region birinciliklərində ümumilikdə 126 idmançı mübarizə aparacaq.

"Report" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, turnirin keçirilməsində əsas məqsəd yeniyetmə cüdoçular bazasını formalaşdırmaq və kvota əsasında ölkə birinciliyinə vəsiqə qazanacaq idmançıları müəyyənləşdirməkdir.

U-17 kateqoriyası üzrə qeydə alınacaq nəticələr idmançılara Azərbaycan yığmasının heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.

Qeyd edək ki, region birincilikləri iyulun 3 və 4-də təşkil olunacaq.

Oxşar xəbərlər

Qusarda 14 və 17 yaşadək cüdoçular arasında region birincilikləri keçiriləcək
Naxçıvan Olimpiya İdman Kompleksində yeniyetmələr arasında cüdo yarışları keçiriləcək
Qarabağ və Şərqi Zəngəzur bölgəsi üzrə cüdo birinciliyi keçiriləcək
Naxçıvanda cüdo üzrə region birinciliklərinə start verilib
Abşeronda 691 yeniyetmə cüdoçu medal uğrunda mübarizə aparacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər