Əksər ərazilərə yağış, Şahdağa qar yağıb - FAKTİKİ HAVA
sizinxeber.az xəbər saytı

Əksər ərazilərə yağış, Şahdağa qar yağıb - FAKTİKİ HAVA


İyulun 1-i saat 11:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində şimşək çaxır, arabir yağış yağır. Bəzi yerlərdə yağıntılar leysan xarakterli, intensiv və güclü olub. Şahdağın 3500 metrdən yüksəklikdə yerləşən ərazilərinə qar yağması müşahidə edilib.

Düşən yağıntının miqdarı: Şəkidə 46 (aylıq normanın 76 %-i), Oğuzda 36 (aylıq normanın 54 %-i), Göyçayda 20 (aylıq normanın 93 %-i), Ağdamda 16 (aylıq normanın 55 %-i), Qəbələdə 15, Qaxda (Sarıbaş) 13, Yevlaxda 12 (aylıq normanın 57 %-i), Mingəçevirdə 10 (aylıq normanın 50 %-i), Xızıda 8, Zaqatala, Kürdəmirdə 7 (aylıq normanın 52 %-i), Gədəbəydə 7, Goranboy, Şahdağ, Şamaxıda 6, Xaltan, Tərtərdə 5, Lənkəran, Qobustan, Xınalıq, Balakən, Göygöldə 4, Ağstafa, Qrız, Astara, İmişlidə 3, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Bərdə, Zərdab, Şəmkir, Tovuz, Cəbrayıl, Daşkəsəndə 2, Naftalan, Quba, Qusar, Beyləqan, Sabirabad, Kürdəmir, Biləsuvar, Lerik, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.

Oxşar xəbərlər

Bəzi yerlərdə leysan olub, Şahdağa qar yağıb - FAKTİKİ HAVA
Rayonlara qar və yağış yağır, əksər çaylarda sululuq artıb – FAKTİKİ HAVA
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, bəzi rayonlara qar yağır - FAKTİKİ HAVA
Şahdağda qar yağır - FAKTİKİ HAVA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər