Azərbaycan cüdoçuları Avropa Açıq Turnirində 4 medal qazanıblar » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
in
2026
23:00
ff

Azərbaycan cüdoçuları Avropa Açıq Turnirində 4 medal qazanıblar

28 in, 2026
23:00
286

Azərbaycan cüdoçuları Avropa Açıq Turnirində 4 medal qazanıblar

Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa Açıq Turniri başa çatıb.

"Report"un Azərbaycan Cüdo Federasiyasına istinadən məlumatına görə, son yarış günündə Əjdər Bağırov (100 kq) Azərbaycan millisinin hesabına növbəti medalı yazdırıb.

Cüdoçu gümüş mükafata sahib çıxıb.

Xatırladaq ki, ilk yarış günündə Elşən Əsədov (66 kq) qızıl, Rəşad Yelkiyev (66 kq) gümüş, Kamran Süleymanov (73 kq) isə bürünc medal qazanmışdı.

Azərbaycan millisi turniri 1 qızıl, 2 gümüş və 1 bürünc olmaqla ümumilikdə 4 medalla başa vurub. Yığma 38 ölkə arasında ümumi komanda hesabında altıncı yeri tutub, kişilər arasında isə Fransa ilə ikinci-üçüncü pilləri bölüşüb.

Bizimlə əlaqə saxlayın

×
×