Azərbaycan səfiri Qazaxıstanın "Dostık" ordeni ilə təltif olunub
sizinxeber.az xəbər saytı

Azərbaycan səfiri Qazaxıstanın "Dostık" ordeni ilə təltif olunub


Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev Azərbaycan səfiri Ağalar Atamoğlanovu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

"Report"un Qazaxıstan bürosu ölkənin Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, görüş zamanı nazir ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfəyə görə Azərbaycan diplomatına təşəkkür edib.

Koşerbayev Qazaxıstan ilə Azərbaycan arasında strateji tərəfdaşlığın yüksək səviyyəsini qeyd edib və qarşılıqlı faydalı əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

"Diplomatik karyeranız ərzində Azərbaycan Respublikasını ləyaqətlə təmsil etmiş və ölkələrimiz arasında çoxşaxəli əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfələr vermişsiniz. Siz Qazaxıstan-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə qaldırılmasında birbaşa iştirakçı oldunuz", - deyə o əlavə edib.

Azərbaycan səfiri Ağalar Atamoğlanov öz növbəsində Qazaxıstan tərəfinə missiyası zamanı göstərilən hərtərəfli dəstəyə görə təşəkkürünü bildirib.

Görüşün sonunda Yermek Koşerbayev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev adından səfirə Qazaxıstan ilə Azərbaycan arasında mehriban qonşuluq münasibətlərinin və hərtərəfli strateji tərəfdaşlığın inkişafına verdiyi töhfəyə görə II dərəcəli "Dostık" ordenini təqdim edib.

Oxşar xəbərlər

Koşerbayev: Qazaxıstan-Azərbaycan münasibətləri əhəmiyyətli potensiala malikdir
Yermek Koşerbayev Azərbaycana səfər edəcək
Qazaxıstanın XİN rəhbəri və nəqliyyat naziri Ermənistana səfər edəcəklər
Paşinyan: Azərbaycanla dəmir yolu əlaqəsi regional ticarətin inkişafına təkan verir
Azərbaycan və Qazaxıstan arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər