Naxçıvanda daha bir kafenin fəaliyyəti məhdudlaşdırılıb
sizinxeber.az xəbər saytı

Naxçıvanda daha bir kafenin fəaliyyəti məhdudlaşdırılıb


Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Naxçıvan şəhəri 20-ci məhəllə döngə 2 ünvanında fəaliyyət göstərən Qarayev İlham Ərrəhman oğluna məxsus kafedə ciddi nöqsanlar aşkar edilib.

Agentlikdən " Sizinxeber.az"un yerli bürosuna verilən xəbərə görə, kafedə gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların yararsız vəziyyətdə olduğu, dezinfeksiya işlərinin aparılmadığı, temperatur rejiminə və mal qonşuluğu prinsipinə riayət olunmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi, tavan və döşəmənin tamlığının pozulduğu aşkarlanıb.

Aşkarlanan nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilmiş və çatışmazlıqlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb.

Oxşar xəbərlər

Şahbuzda nöqsanlar aşkarlanan kafenin fəaliyyəti məhdudlaşdırılıb
Babək şəhərində ötən günlərdən qalmış dönəri təkrar emaldan sonra satan kafe aşkarlanıb
Naxçıvanda 6 dönərxananın fəaliyyəti məhdudlaşdırılıb
Naxçıvanda çörək sexinin fəaliyyəti məhdudlaşdırılıb
Şahbuz şəhərində yerləşən kafenin fəaliyyəti məhdudlaşdırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle