Həştərxanda kütləvi zəhərlənmə olub, 12 nəfər xəstəxanaya yerləşdirilib
sizinxeber.az xəbər saytı

Həştərxanda kütləvi zəhərlənmə olub, 12 nəfər xəstəxanaya yerləşdirilib


Həştərxanda kütləvi zəhərlənmədən sonra 12 nəfər xəstəxanaya yerləşdirilib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin məlumatında bildirilib.

İlkin məlumatlara görə, şəhərdə ictimai iaşə müəssisəsində hazırlanmış hazır qidaları yeyən vətəndaşlar arasında kəskin bağırsaq infeksiyasına kütləvi yoluxma qeydə alınıb.

"Tibbi yardım üçün azı 12 nəfər müraciət edib. Bütün zərərçəkənlər zəruri müalicə aldıqları infeksion stasionara yerləşdirilib. Laborator müayinələrin nəticələrinə əsasən, xəstələnənlərdə salmonellyoz aşkar edilib", - məlumatda bildirilib.

Rusiya Federasiyası İstintaq Komitəsinin Həştərxan vilayəti üzrə istintaq orqanları prosessual yoxlama aparır.

Hazırda hadisənin bütün təfərrüatları müəyyənləşdirilir. Yoxlamanın yekunlarına əsasən prosessual qərar qəbul ediləcək.

Oxşar xəbərlər

Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
Moskva ətrafında ad günü məclisində 2 nəfər ölüb
Rusiyada 212 nəfər bağırsaq infeksiyası diaqnozu ilə həkimə müraciət edib
Gəncədə yas mərasimdə kütləvi zəhərlənmə olub
İstintaq Komitəsi: “Wildberries”in ofisində atışma nəticəsində iki nəfər ölüb, yeddi nəfər yaralanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər