Qazaxıstanda gələn ay parlament seçkiləri keçiriləcək
sizinxeber.az xəbər saytı

Qazaxıstanda gələn ay parlament seçkiləri keçiriləcək


Qazaxıstanda parlament seçkiləri təyin olunub.

Sizinxeber.az xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstan Respublikası Kurultayına seçkilərin təyin edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, Qazaxıstanda parlament seçkiləri 23 avqust tarixində keçiriləcək.

Seçkilər yeni Konstitusiyanın qüvvəyə minməsi ilə eyni vaxta təsadüf edir. Yeni əsas qanuna görə, əvvəlki ikipalatalı parlament ləğv edilir və onun əvəzinə daha kiçik, birpalatalı qanunverici orqan fəaliyyət göstərəcək. Bundan əlavə, Konstitusiya ilə yeni vitse-prezident vəzifəsi təsis olunur. Bu vəzifəyə təyinatın seçkilərdən sonra həyata keçiriləcəyi gözlənilir.

Oxşar xəbərlər

Tokayev Qazaxıstanda vitse-prezident vəzifəsini təsdiq edən qanunu imzalayıb
Tokayev: Qazaxıstan parlamentinə seçkilər avqustda keçiriləcək
Qazaxıstanda yeni Konstitusiya layihəsi ilə bağlı referendum keçiriləcək
Kanadada növbədənkənar parlament seçkiləri keçiriləcək
Qazaxıstanda yeni Konstitusiya üzrə referendumun yekun nəticələri açıqlanıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər